ŞİMAL - QƏRBİ AZƏRBAYCAN: İNGİLOYLAR (I kitab: ən qədim zamanlardan XIII əsrin ortalarınadək)
Müəllif | ŞİRİNBƏY HACIƏLİ |
---|---|
Nəşr olunduğu il | 2007 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Təhsil |
Nəşr yeri | Bakı |
ŞİRİNBƏY HACIƏLİ. ŞİMAL - QƏRBİ AZƏRBAYCAN: İNGİLOYLAR (I kitab: ən qədim zamanlardan XIII əsrin ortalarınadək). Bakı, Təhsil, 2007.
Kitabda ilk dəfə olaraq qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyası etnoslarından birinin varislərinin - ingiloyların tarixi elmi əsaslarla tədqiq olunur. Müxtəlif dillərdə olan mənbələrdəki zəngin fakt materiallarına və elmi ədəbiyyatın tənqidi təhlilinə əsaslanan həmin əsərdə, eyni zamanda, bütövlükdə Şimal-Qərbi Azərbaycanın tarixi keçmişinə yeni səpgidə nəzər salınır. Müəllifin ingiloyların mənşəyi, tarixi əraziləri və onların Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim yerli etnoslardan biri olması haqqında elmi nəticəsi, qədim Şəki dövləti barədə araşdırmaları xüsusilə maraqlıdır. Əsərdə Azərbaycanın şimal-qərb bölgəsinin tarixini saxtalaşdıranlara tutarlı cavab verilir.