XOCALI SOYQIRIMI Şahidlərin dilindən
Müəllif | QƏNİRƏ PAŞAYEVA, HƏVVA MƏMMƏDOVA |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
QƏNİRƏ PAŞAYEVA, HƏVVA MƏMMƏDOVA. XOCALI SOYQIRIMI Şahidlərin dilindən. Bakı, Elm və təhsil, 2011.
Kitabda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərək orada yaşayan azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə ətraflı məlumatlar öz əksini tapır. Burada Xocalı soyqırımının şahidləri olmuş və canlarını zorla qaçıb qurtara bilmiş; ailə üzvləri, yaxınları gözləri qarşısında qətlə yetirilmiş insanların; Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir və girov götürülmüş, ağır işgəncə və əzablar verilmiş (sonradan Azərbaycanın böyük çətinliklərlə geri ala bildiyi) bir çox Xocalı sakininin xatirələri öz əksini tapır. Bu kitabda sadəcə şahidlər və faktlar danışır! Onlar Ermənistanın 20-ci yüzilliyin sonunda bütün dünyanın gözləri qarşısında törətdiyi soyqırımdan və ermənilərin tamamilə dağıtdıqları Xocalı şəhərindən söz açırlar...