E-KİTABLAR


Radioqəbuledici qurğular

Müəllif A.R. Həsənov, X.İ. Abdullayev.
Nəşr olunduğu il 2016
Elm sahəsi 2
Nəşriyyat MAA-nın Poliqrafiya Mərkəzi
Nəşr yeri Bakı

A.R. Həsənov, X.İ. Abdullayev. . Radioqəbuledici qurğular. Bakı, MAA-nın Poliqrafiya Mərkəzi, 2016.

Dərs vəsaiti ali məktəblərin bakalavriat səviyyəsində 050627-"Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasının tədris planı üzrə ixtisaslaşma fənləri qrupunda tədris edilən "Radioverici, radioqəbuledici və antena qurğuları” fənninin proqramı əsasında tərtib edilmişdir və "Radioqəbuledici qurğular" bölməsini əhatə edir. Dərs vəsaiti bölmənin əsas məzmununu özündə əks etdirən 15 fəsildən ibarətdir. Vəsaitdə radioqəbulun nəzəri əsaslarına baxılmış, radioqəbuledici qurğuların ümumi və ayrı-ayrı kaskadlarının sxemləri, texniki xarakteristikaları verilmiş, avtomatik tənzimləmələrin, idarəetmə sistemlərinin işi ətraflı izah edilmişdir. Radioqəbuledici qurğularda maneələrin zəiflədilməsi üsulları, amplitud və bucaq modulyasiyalı siqnalların, eləcə də stereofonik, optik və rəqəmsal siqnalların qəbulu və detektorlanması xüsusiyyətləri açıqlanmışdır. Dərs vəsaiti eyni adlı ixtisas üzrə magistratura səviyyəsində təhsil alan tələbələr və eləcə də kursu müstəqil öyrənənlər üçün də faydalı ola bilər.