AZƏRBAYCANIN MADDİ MƏDƏNİYYƏT TARİXİ (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat)
Müəllif | A.H.Mustafayev |
---|---|
Nəşr olunduğu il | 2009 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | «Bakı Universiteti» nəşriyyatı |
Nəşr yeri | Bakı |
A.H.Mustafayev. AZƏRBAYCANIN MADDİ MƏDƏNİYYƏT TARİXİ (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat) . Bakı, «Bakı Universiteti» nəşriyyatı, 2009.
Monoqrafiya Azərbaycanın maddi mədəniyyət tarixinin etnotipoloji tədqiqinə həsr olunmuşdur. Azərbaycanın tarixi etnoqrafiyasında bu sayaq tədqiqat ilk dəfə aparılır. Əsərdə xalqımızın ötən nəsilləri tərəfindən yaradılmış maddi mədəni sərvətlərin tipoloji növləri ilkin olaraq tam və əhatəli şəkildə araşdırılmışdır. Maddi mədəniyyət nümunələri təkamülünün dərin qatlarını izləmək üçün əsərdə etnoqrafik faktlarla yanaşı, yeri gəldikcə, digər məxəzlərdən, xüsusilə arxeoloji, yazılı mənbə, terminoloji, sənətşünaslıq məlumatlarından da istifadə olunmuşdur.
Əsər tarix, etnoqrafiya, mədəniyyətşünaslıq, arxeologiya, sənətşünaslıq və digər ixtisaslardan olan mütəxəssislər, tarixçi tələbələr, habelə Azərbaycan xalqının mədəni irsi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.