E-KİTABLAR


Cərrahiyyədə tibb bacılığı (dərslik)

Müəllif İqbal Qabil oğlu Əmənullayev, Şəlalə Qəzənfər qızı Əmənullayeva
Nəşr olunduğu il 2022
Elm sahəsi Tibb
Nəşriyyat Elm-təhsil
Nəşr yeri Bakı

İqbal Qabil oğlu Əmənullayev, Şəlalə Qəzənfər qızı Əmənullayeva. Cərrahiyyədə tibb bacılığı (dərslik). Bakı, Elm-təhsil, 2022.

İqbal Qabil oğlu Əmənullayev və Şəlalə Qəzənfər qızı Əmənullayevanın müştərək kitabı tibb kollecləri tələbələri üçün dərslik kimi işlənib, sahəvi ədəbiyyat olaraq ana dilimizdə ilk dəfə işlənilib.Dərsliyə 5 bölmə - cərrahi fəaliyyətin elementləri, onun əsas istiqamətləri, qeyrioperativ cərrah texnika, cərrahi patologiyanın ümumi və xüsusi növləri daxil edilmişdir.Dərslikdə cərrahi xəstələrin müalicəsinin bütün mərhələlərində xəstəyə qulluq və nəzarət məsələlərinə böyük diqqət ayrılmışdır. Xəstənin kritik vəziyyətlərində həkimə qədərki və ilk tibbi yardımın metodları və prinsipləri təfərrüatı ilə şərh olunmuş, ən çox rast gəlinən müxtəlif patoloji vəziyyətlərdə lazım olan təxirəsalınmaz tibbi yardımın yerinə yetirilməsində, eləcədə, cərrahi xəstələrə qulluğun göstərilməsində mürəkkəb müalicə prosesinin daimi iştirakçısı olan tibb bacısının rolu nəzərə çarpacaq dərəcədə qeyd edilmiş və onun peşə vərdişləri toplanmışdır. Hər mövzunun sonunda tələbələrin biliklərini möhkəmləndirmək məqsədilə yoxlama sualları və situasiya məsələləri verilmişdir