AZƏRBAYCAN TARİXİNƏ YENİ BAXIŞ
Müəllif | MƏHƏRRƏM ZÜLFÜQARLI |
---|---|
Nəşr olunduğu il | 2007 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
MƏHƏRRƏM ZÜLFÜQARLI . AZƏRBAYCAN TARİXİNƏ YENİ BAXIŞ. Bakı, , 2007.
Tarixə obyektiv deyil, subyektiv, bu günün siyasi münasibətləri konteksindən yanaşılması müasir dövrdə bir sıra ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Bu problemlərin aradan qaldırılmaması "Azərbaycan tarixi"ndə çar Rusiyası və sovet dövründən qalmış ağ və qara ləkələrin təmizlənməsinə imkan vermir.
Çox təəssüf ki, müasir dövrdə də "Azərbaycan tarixi"ndə olan qara və ağ ləkələrin təmizlənməsi sahəsində elə bir ciddi addımlar atılmır. Fikirimizcə bunun əsas səbəbi Azərbaycan tarixinin, xüsusilə də XVIII – XIX əsrlər dövrünün çar Rusiyası və sovet dövründə obyektiv tədqiq olunmaması və müasir mdövrdə həmin səhvlərin təkrar olunmasıdır.