E-KİTABLAR


Azərbaycan şifahi xalq ədəbiyyatı

Müəllif Əliyev Ramil Manaf oğlu
Nəşr olunduğu il 2014
Elm sahəsi 9
Nəşriyyat
Nəşr yeri Bakı

Əliyev Ramil Manaf oğlu. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, , 2014.

Azərbaycan xalqının poetik şifahi xalq yaradıcılığı ənənəvi mədəniyyətin əsas tərkib hissələrindən birini təşkil edir. Folklor da daxil olmaqla hər bir mənəvi mədəniyyət müəyyən tarixi-ictimai şəraitdən asılıdır və real məzmun daşıyır, həmişə xalqın həyat şəraiti və məişəti ilə sıx bağlıdır, özündə xalqın bütöv keçmişini, yaşadığı və yaşayacağı dövrün bu və ya digər xüsusiyyətlərini, insanların istəklərini, ən xoş arzularını əks etdirir. Görkəmli ədibimiz Yusif Vəzir Çəmənzəminli yazır: “Bu sahədə tədqiqə o qədər lüzum vardır ki, bunsuz xalq ədəbiyyatının təhlili yarımçıq qalır, çünki xalqı öyrənmənin başlıca yolu onun dimağı məhsullarının toplanmasından daha əfsəl o məhsulların açarını tapmaqdır. Bu “açar” da həyatımızın elmi və tarixi tədqiqindən ibarətdir”.