AZƏRBAYCAN: QISA DÖVLƏTÇİLİK TARİXİ
Müəllif | YAQUB MAHMUDOV |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | TƏHSİL |
Nəşr yeri | Bakı |
YAQUB MAHMUDOV. AZƏRBAYCAN: QISA DÖVLƏTÇİLİK TARİXİ. Bakı, TƏHSİL, 2005.
Azərbaycan tarixçisi, əməkdar elm xadimi, tarix elmləri doktoru professor Yaqub Mahmudovun bu kitabında Azərbaycanın dövlətçilik tarixi məsələləri yığcam şəkildə işıqlandırılır. Müəllif ayrı-ayrı fəsillərdə e.ə.IV minilliyin sonlarından başlayaraq yaşadığımız günlərədək Azərbaycan ərazisində dövlət qurumlarının meydana gəlməsi və inkişafının əsas mərhələlərini şərh edir. Kitab yeddi fəsildən ibarətdir. Əsərdə dahi dövlət xadimi Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılması və möhkəmlən- dirilməsi sahəsindəki roluna və xidmətlərinə, Azərbaycanın demok- ratik, hüquqi, dünyəvi dövlətə çevrilməsinə yönəlmiş islahatlara xüsusi diqqət yetirilir. Kitab geniş oxucu kütləvi üçün nəzərdə tutulmuşdur.