E-KİTABLAR


Qafqazın alman əhalisi: ictimai-siyasi həyatı: 1860-1921

Müəllif Ağasiyev İkram
Nəşr olunduğu il 2010
Elm sahəsi 7
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Ağasiyev İkram. Qafqazın alman əhalisi: ictimai-siyasi həyatı: 1860-1921. Bakı, Şərq-Qərb, 2010.

Monoqrafiyada XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Qafqazda mövcud olmuş 250-yə yaxın alman koloniyasının ictimai-siyasi həyatının bu günə qədər araşdırılmamış məsələləri işıqlandırılır. Geniş arxiv sənədləri əsasında yazılmış bu əsərdə postsovet tarixşünaslığında ilk dəfə olaraq Qafqaz alman kolonistlərinin Birinci Dünya müharibəsi illərində, Fevral inqilabı, Azərbaycan Xalq Cümhuriyyəti, Gürcüstan Demokratik Respublikası, həmçinin Sovet Rusiyasında Vətəndaş müharibəsi dövründə siyasi həyatının mürəkkəb prosesləri əks olunmuşdur. Dörd fəsildən ibarət olan monoqrafiya tarixçilər, müəllimlər, aspirantlar, magistrlər, tələbələr və ümumiyyətlə, Qafqaz tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.