Mirzə Ələkbər Sabirin sənət dünyası
Müəllif | Mir Cəlal |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Mir Cəlal. Mirzə Ələkbər Sabirin sənət dünyası. Bakı, Elm və təhsil, 2017.
Professor Mir Cəlal Paşayev XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçılarındandır. Həmin dövr ədəbi şəxsiyyətlərinin həyat və yaradıcılıqları, onların təmsil etdikləri ədəbi məktəb haqqında alimin qələmə aldığı bir-birindən maraqlı elmi əsərlər bu gün də öz aktuallığını saxlamaqdadır. Görkəmli
satirik şair M.Ə.Sabir yaradıcılığının ideya-sənətkarliq xüsusiyyətləri, surətlər aləmi, poetik özgünlüyü haqda vaxtilə çap etdirdiyi tədqiqatlar elmi-nəzəri səviyyəsi ilə seçilir. Kitabda həmin araşdırmalar toplanmışdir.