AVTOMATLAŞDIRILMIŞ KİTABXANA-İNFORMASİYA PROSESLƏRİ
Müəllif | A.İ.Qurbanov, P.F.Kazimi, K.Ə.Məmmədova |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | İnformasiya-sənəd menecmenti |
Nəşriyyat | Mütərcim |
Nəşr yeri | Bakı |
A.İ.Qurbanov, P.F.Kazimi, K.Ə.Məmmədova. AVTOMATLAŞDIRILMIŞ KİTABXANA-İNFORMASİYA PROSESLƏRİ. Bakı, Mütərcim, 2020.
Monoqrafiyada kitabxanalar müasir texnoloji sistem kimi xarakterizə edilmiş, kitabxana menecmenti üçün bu gün çox aktual olan idarəetmə proseslərinin avtomatlaşdırılması metodikası şərh edilmişdir. Kitabda, həmçinin Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri təhlil olunmuş, Ruslanneo Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi vasitəsilə kitabxanada istehsal və xidmət proseslərini həyata keçirmək üçün tələb olunan texnoloji əməliyyatların avtomatlaşdırılması alqoritmi verilmişdir.
Kitab kitabxana-informasiya fəaliyyətilə məşğul olan kitabxana menecerləri, peşəkar kitabxanaçılar, müvafiq ixtisas üzrə təhsil alan magistrant və
doktorantlar üçün nəzərdə tutulmuşdur.