MİKRO VƏ MAKRO İQTİSADİYYAT
Müəllif | M.C.Atakişiyev, H.M.Abbasov, N.H.Abbasova |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
M.C.Atakişiyev, H.M.Abbasov, N.H.Abbasova. MİKRO VƏ MAKRO İQTİSADİYYAT. Bakı, , 2010.
Dərslikdə mikro və makroiqtisadiyyatın əsas məsələləri kompleks va sistemləşdirilmiş formada şərh olunmuşdur. O, tədris-metodiki kompleksi şəklində tərtib edilmişdir. Hər bir fəsildə nəzəri hissə ilə birlikdə, onun plan, əsas anlayışlar, özünü yoxlama sualları, dərsliyin sonunda testlər və istifadə edilmiş ədəbiyyatların siyahısı verilmişdir. Müəlliflər çoxlu mikro və makroiqtisadi kateqoriyaların nəzəri səmtləri ilə bərabər, bazar şəra- itində onların həyata keçirilməsi proseslərini açıqlamışlar. Bu xüsusiyyət- lər dərslikdən nəinki biliklərin genişləndirilməsində, eləcədə praktiki va- sitələrin əldə edilməsində istifadə olunmasına imkan yaradır. Dərslikdə is- tifadə olunmuş qrafik və sadə riyazi asılılıqlar onun mənimsənilməsində əyaniliyi artırır. Mikro və makroiqtisadiyyat məsələlərinin tələbələr tərə- findən mənimsənilməsi onların bazar münasibətlərini mükəmməl bilən yüksək ixtisaslı iqtisadçı mütəxəssis kimi formalaşmasına imkan verə- cəkdir. Dərslik iqtisadi profilli ali məktəblərin bakalavr və magistratura
təhsil pillələri tələbələri üçün yazılmışdır. Dərslikdən aspirantlar, müəllimlər, elmi və praktiki işçilər istifadə edə bilərlər.