Taxıl dəni xırdalayan maşınlar
Müəllif | Rəsmiyyə Rzayeva |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Texnika. Texniki elmlər |
Nəşriyyat | STAR çap ev |
Nəşr yeri | Gəncə |
Rəsmiyyə Rzayeva. Taxıl dəni xırdalayan maşınlar. Gəncə, STAR çap ev, 2024.
Dərs vəsaiti Sənaye mühəndisliyi və kənd təsərrüfatı mühəndisliyi ixtisasları üzrə bakalavr tələbələri üçün yazılmışdır. Hər iki sahədə taxıl dəninin xırdalanması üçün maşın,qurğu və aparatlara dair məlumatlar, maşınların prinsipial quruluşu, onların işinin kəmiyyət və keyfiyyət göstəriciləri, təyinatından asılı olaraq dənin xırdalanma dərəcəsi və onun əldə olunması üçün maşın və aparatların kinematik, konstruktiv və rejim parametrlərinin hesabatı üsulları verilmişdir. Dərs vəsaitindən uyğun sahələr
üzrə magistrlər, doktorantlar, həmçinin müəllimlər, Elmi tədqiqat işçiləri, uyğun konstruktor büroları, zavod - fabrik və təsərrüfat mütəxəssisləri istifadə edə bilər.