MƏHƏMMƏD HƏSƏN HACINSKİ
Müəllif | Aydın Dadaşov |
---|---|
Nəşr olunduğu il | 2004 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | BDU-nun nəşriyyatı |
Nəşr yeri | Bakı |
Aydın Dadaşov. MƏHƏMMƏD HƏSƏN HACINSKİ. Bakı, BDU-nun nəşriyyatı, 2004.
Fakt və sənədlərlə tanışlıqdan sonra bu şəxsin vətəni, xalqı yolunda gördüyü işlərin həqiqi mənzərəsi gözümüz önündə canlanır. M.F.Axundovun yaratdığı maarifçidemokratiya məktəbinin ideyalarını öz işi və əməllərilə həyata keçirən Məhəmməd Həsən Hacınski bir an belə bu yoldan sapınmamışdır. Yaxın tariximizin dəyişkən mərhələlərində müxtəlif rakurslardan dəyərləndirilmiş M.H.Hacınskinin həyat və fəaliyyətini maarifçilik və demokratiya kontekstində işıqlandıraraq oxuculara təqdim etməyi özümə borc bildim.