E-KİTABLAR


SƏFƏVİLƏR DÖVRÜNDƏ TORPAQ MÜLKİYYƏT FORMALARI VƏ MÜKƏLLƏFİYYƏTLƏR

Müəllif VÜSAL BÜNYAMİN oğlu BAXIŞOV
Nəşr olunduğu il 2024
Elm sahəsi Tarix
Nəşriyyat
Nəşr yeri Bakı

VÜSAL BÜNYAMİN oğlu BAXIŞOV . SƏFƏVİLƏR DÖVRÜNDƏ TORPAQ MÜLKİYYƏT FORMALARI VƏ MÜKƏLLƏFİYYƏTLƏR . Bakı, , 2024.

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra tariximizin daha geniş spektrli tədqiqinə, tarixi həqiqətlər kontekstindən araşdırılmasına ehtiyac yaranıb. Təqribən 200 ili əhatə edən zaman ərzində vətənimizin, xalqımızın tarixinin obyektivlikdən xeyli uzaq bir tərzdə təqdim edildiyini qətiyyətlə söyləyə bilərik. Ümumiyyətlə, son iki əsrdə müşahidə edilən geosiyasi hərəkətlilik nəticə etibarı ilə məmləkətimizin güney, quzey və qərb məfhumları ilə ifadə olunan kəsimlərə parçalanmasına və dilimizdə tarixi reallıqlarla əkslik təşkil edən “Güney Azərbaycan”, “Quzey Azərbaycan”, “Qərbi Azərbaycan” kimi istilahların formalaşmasına səbəb olub. Bu baxımdan Azərbaycanın güney və qərb hissələrinin, o sıradan Borçalı, Dərbənd, Qarabağ və Naxçıvan bölgələrinin tarixilə bağlı məsələləri tarixi gerçəkliklərdən uzaq olan qondarma konsepsiyalara istinad etmədən, Azərbaycan tarixşünaslığının çağdaş tələbləri baxımından və milli dövlətçilik mövqeyindən yenidən tədqiq edilməsi ən mühüm vəzifələr sırasında ön mövqedə durur.