E-KİTABLAR


Cavid fəlsəfəsi (2-ci kitab: klassik Şərq və müasirlik)

Müəllif Səlahəddin Xəlilov
Nəşr olunduğu il 2009
Elm sahəsi Fəlsəfə
Nəşriyyat Nurlar
Nəşr yeri Bakı

Səlahəddin Xəlilov. Cavid fəlsəfəsi (2-ci kitab: klassik Şərq və müasirlik). Bakı, Nurlar, 2009.

Kitab Şərq dünyasının bir sıra klassik və müasir nümayəndələrinin ideya və təlimləri kontekstində Hüseyn Cavidin fəlsəfəsinə yeni bir baxışdır. Cavid öz yaradıcılığında Fəridəddin Əttar, İbn Ərəbi kimi görkəmli sufi mütəfəkkirlərinin ənənələrini yaşatmaqla yanaşı, Cəmaləddin Əfqani, Cübran Xəlil Cübran, Məhəmməd İqbal kimi dövrünün mütərəqqi düşüncəli şəxsiyyətlərini də narahat edən ümumbəşəri problemlərə bədii təfəkkürün işığında baxmağa çalışmış, eyni zamanda, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı kimi milli-mənəvi dəyərləri qoruyub saxlamağa və inkişaf etdirməyə xidmət etmişdir. Müəllifin Cavidin fəlsəfi baxışlarının tədqiqinə yönəlmiş bu ikinci kitabı cavidşünaslar, fəlsəfə tədqiqatçıları, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.