CAVİD FƏLSƏFƏSİ (1-ci kitab: «İblis»də fəlsəfi motivlər)
Müəllif | Səlahəddin XƏLILOV |
---|---|
Nəşr olunduğu il | 1996 |
Elm sahəsi | Fəlsəfə |
Nəşriyyat | Qanun |
Nəşr yeri | Bakı |
Səlahəddin XƏLILOV. CAVİD FƏLSƏFƏSİ (1-ci kitab: «İblis»də fəlsəfi motivlər). Bakı, Qanun, 1996.
Kitabda başqa bir elmi müşahidə və fəlsəfi yekun da çox dəqiq və mənalıdır: xeyrin və şərin, nurun və zülmətin həm yerdə, həm də göydə mövqeyi və yeri, qüvvələr nisbəti eynidir! Bu artıq Şərrin filosofunun monoloqu yox, xeyrin fəlsəfəsinin şərhidir! «Nurla atəş qarşılaşırkən, nur zəif olsa da, atəş möhtəşəm olsa da, – nur atəşi ram edir. Nur bir məqsəd olaraq qalır və üstəlik atəşi öz vasitəsinə çevirərək, qüdrət və qüvvət kəsb edir». Odur ki, hətta İblis də sonda həqiqətə və işığa qalib gələ bilmir. Dünyada yalnız işıq mövcuddur, qaranlıq – işığın yoxluğu demək olduğu kimi, şər də ölən, yox olan xaosdan kosmosda qalan boşluğun izi kimi mövcuddur.