E-KİTABLAR


ATMOSFERDƏNKƏNAR ASTRONOMİYA

Müəllif N.Z.İSMAYILOV
Nəşr olunduğu il 2009
Elm sahəsi Fizika
Nəşriyyat
Nəşr yeri Bakı

N.Z.İSMAYILOV . ATMOSFERDƏNKƏNAR ASTRONOMİYA . Bakı, , 2009.

Hələ XVIII əsrdən başlayaraq astronomlar öz teleskoplarını Yer kürəsini əhatə edən hava okeanından – atmosferdən kənara çıxarmağı arzu etmişlər. Amerika astronomu Saymon Nyukom (1835-1909) Ayda atmosfer olmadığına işarə edərək zarafatyana demişdi ki, yaxşı astronomlar o dünyada Aya düşürlər, çünki bu cür şəraitdə işləmək astronomların arzusudur. Yer atmosferi havasının hər kiloqramı teleskop vasitəsilə aparılan yerüstü müşahidələr üçün böyük məhdudiyyətlər yaradır. Bunun başlıca səbəbi iki hadisə ilə bağlıdır: birincisi, bizim atmosfer bir sıra müxtəlif dalğa uzunluğu oblastları üçün tamamilə qeyri şəffafdır, ikincisi, hətta atmosferin, keçən şüa üçün şəffaf olduğu zolağında belə, turbulent hərəkətlər alınan xəyalın keyfiyyətini xeyli azaldır