Şilyan: özü, sözü-çeşmənin gözü. 1-ci kitab
Müəllif | Tağısoy Nizami |
---|---|
Nəşr olunduğu il | 2009 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Mütərcim |
Nəşr yeri | Bakı |
Tağısoy Nizami. Şilyan: özü, sözü-çeşmənin gözü. 1-ci kitab. Bakı, Mütərcim, 2009.
Kitabda Şilyan və şilyanlılar haqqında bəzi tarixietnoqrafik məlumatlar, şilyanlıların alqışları və qarğışları, andları, sınamaları və inam yerləri, ayamaları və ləqəbləri, Şilyanda uşaq oyunları, Şilyan bayatıları, Şilyan lətifələri, Şilyan şivəsinin – Azəri türkcəsi yerli dialektdə işlənən söz və ifadələrin özəlliyi, Şilyanın təpərli kişilərinin həyatından və Şilyan şairlərinin yaradıcılığından səhifələr ilk dəfə verilmişdir. Müəllif ümid edir ki, kitabda təqdim olunmuş folklor nümunələri, Şilyan şairlərinin yaradıcılığından verilmiş örnəklər oxucuların zövqünü oxşamaqla, onların Şilyanlıların müşahidəliliyinə, müdrikliyinə, baməzəliyinə, hazırcavablığına marağını artıracaqdır. Kitab el-oba sevgisi ilə yaşayan, el sözünü yüksək dəyərləndirən, el deyiminə hörmətlə yanaşan oxucular üçün nəzərdə tutulmuşdur.