E-KİTABLAR


Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış(II hissə)

Müəllif Faiq Qəzənfər oğlu Ələkbərov
Nəşr olunduğu il 2014
Elm sahəsi Tarix
Nəşriyyat «Elm və təhsil»
Nəşr yeri Bakı

Faiq Qəzənfər oğlu Ələkbərov. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış(II hissə). Bakı, «Elm və təhsil», 2014.

Müəllif monoqrafiyanın II hissəsində, ilk dəfə XIX-XX əsrlərdə Azərbaycanda gedən ideoloji proseslərdəki ikili xətti: 1. İslam-Türk mədəniyyəti və ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq; 2. RusAvropa-Qərb mədəniyyəti və ideologiyası: qərbpərəstlik, avropasayağı «mollanəsrəddinçilik», milli bolşevizm-sosializm, sovet azərbaycançılığı müəyyənləşdirmişdir. Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə və günümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı, kitabda müəllifin Azərbaycan Milli İdeyası və Azərbaycan Milli İdeologiyasına tamamilə yeni yanaşması, mövqeyi geniş şəkildə öz əksini tapmışdır. Özəlliklə, milli ideyaların çağdaş dövrdə nə dərəcədə akutallığı məsələsi araşdırılmış, yeni fikirlər irəli sürülmüşdür. Eyni zamanda, monoqrafiyada milli şüur məsələsi, milli şüurun dini dəyərlər və vətəndaş cəmiyyəti ilə oxşar və fərqli cəhətləri ilk dəfə tədqiqata cəlb edilmişdir.