ƏRƏB XİLAFƏTİ VƏ AZƏRBAYCAN
Müəllif | NAİLƏ VƏLİXANLI |
---|---|
Nəşr olunduğu il | 1993 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Azərnəşr |
Nəşr yeri | Bakı |
NAİLƏ VƏLİXANLI. ƏRƏB XİLAFƏTİ VƏ AZƏRBAYCAN . Bakı, Azərnəşr, 1993.
Azərbaycan alimləri xalqımızın uzaq “dünənini” daha yaxşı görmək üçün geniş tədqiqatlar aparır, düzü əyridən, yaxşını yamandan, haqqı nahaqdan ayırmağa çalışır, ulu babalarımızın günün-güzəranını açıqlaya bilən əsl həqiqəti onların bu gün yaşayan nəvə-nəticələrinə çatdırmaq istəyirlər. Bu araşdırmalar prosesində müasir Azərbaycanın mövcud simasında tariximizin ayrı-ayrı mərhələlərinin öz əksini necə tapması məsələsi ətrafında hələ də mübahisələr yaranır, hələ də dilimiz, etnik mənsubiyyətimiz, soy kökümüz, sərhədlərimiz, tarixin ayrı-ayrı dövrlərində beynəlxalq mövqeyimiz, babalarımızı bir əsarətdən “qurtarıb” başqasına salan “xilaskar” işğalçıya münasibətimiz və s. haqqında ixtilaflı düşüncələrimiz var.