E-KİTABLAR


Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq

Müəllif Faiq Ələkbərli
Nəşr olunduğu il 2022
Elm sahəsi Tarix
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Faiq Ələkbərli. Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq. Bakı, Elm və təhsil, 2022.

Monoqrafiya Azərbaycan və Türk dünyasının böyük oğlu, Azərbaycan Cümhuriyyətinin qurucusu, politoloq, sosioloq, filosof-mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə, milli həmrəylik (solidarizm) və azərbaycançılıq təlimlərinə həsr olunub. Öncə, monoqrafiyada M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşləri kontekstində sosial-demokratiya, milli demokratiya, liberalizm, islamçılıq, müsavatçılıq cərəyanları hərtərəfli şərh edilib. Əsərdə M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşləri ilə birbaşa bağlı olan milli həmrəylik (təsanüdçülük-solidarizm) təlimi dünyəvilik və türk fəlsəfəsi kontekstində araşdırılmış, bu cərəyanla bağlı sosialfəlsəfi fikirləri şərh olunmuşdur. Monoqrafiyada M.Ə.Rəsulzadənin azərbaycançılıq təliminin banisi kimi “Azərbaycan” milli ideyasının sosial-fəlsəfi və ideoloji yönləri də əsaslı şəkildə tədqiq edilmişdir. Eyni zamanda, monoqrafiyada M.Ə.Rəsulzadənin qafqazçılıq, türkçülük, ya da yeni turançılıq və Türk federasiyası məsələlərinə dair baxışları da geniş şəkildə öz əksini tapmışdır. Monoqrafiyadan fəlsəfə, sosial fəlsəfə, sosiologiya, siyasətşünaslıq və başqa elm sahələrində çalışan mütəxəssislər – alimlər, tələbələr, magistrlər, doktrantlar, eyni zamanda geniş oxucu kütləsi faydalana bilər.