Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
Müəllif | Faiq Qəzənfər oğlu Ələkbərov |
---|---|
Nəşr olunduğu il | 2007 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Faiq Qəzənfər oğlu Ələkbərov. Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü. Bakı, Elm, 2007.
Monoqrafiya Azərbaycanın, bütövlükdə türk dünyasının böyük oğlu, xalqımızın fəxri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, başçısı, siyasi və dövlət
xadimi, ədəbiyyatşünas, mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşünə həsr olunub. Monoqrafiyanı M.Ə.Rəsulzadə yaradıcılığının bütöv və
sistemli araşdırılmasına həsr olunmuş ilk kitablardan biri kimi qəbul etmək olar. Eyni zamanda, bu əsərdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixinin milli ideoloji mənbələri də açıqlanır. Monoqrafiyadan fəlsəfə və başqa elm sahələrində çalışan müxtəlif səviyyəli mütəxəssislər – tələbələr, magistrlər, aspirantlar, eyni zamanda geniş oxucu kütləsi faydalana bilər.