Qasım bəy Zakir
Müəllif | Süleyman Səfər oğlu Hüseynov |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | "Yazıçı" |
Nəşr yeri | Bakı |
Süleyman Səfər oğlu Hüseynov. Qasım bəy Zakir. Bakı, "Yazıçı" , 2010.
Azərbaycanın görkəmli satirik şairi Qasım bəy Zakir təndiqi realizmin təməl daşını qoyanlardan biri, dövrünün qabaqcıl fikir və meyillərinin ifadəçisi.
Qasım bəy Zakir görkəmli şair, Azərbaycanda XIX yüzillik ictimai satirasının banisi, maarifçi, aşıq poeziyasının varisi və davamçısıdır. Azərbaycan klassik ədəbiyyatının qabaqcıl ənənələrinin layiqli davamçısı olan şair, onun məzmununu xeyli zənginləşdirmiş, haqsızlığı, ictimai bərabərsizliyi, istismarçı siniflərin yaramaz əxlaqını, yadelli işğalçıların özbaşınalığını ifşa edərək, qiymətli əsərlər yaratmışdır. Q. Zakirin ədəbi irsi Azərbaycan ədəbiyyatı xəzinəsinə, onun realist qolunun inkişafı tarixinə yeni bir mərhələ açan hadisə kimi daxil olmuşdur. Kitab üç hissədən ibarətdir.