RADİOBİOLOGİYA
Müəllif | E.S.CƏFƏROV |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | Tibb |
Nəşriyyat | Elm” |
Nəşr yeri | Bakı |
E.S.CƏFƏROV. RADİOBİOLOGİYA. Bakı, Elm”, 2014.
Dərs vəsaitində Radiobiologiyanın yaranma və bir elm kimi formalaşma tarixi xronoloji ardıcıllıqla verilmiş, əsas radiobioloji anlayışlar və onların vahidləri haqqında
ətraflı məlumatlar verilmiş, radiasiya dozimetriyası, radiasiya səviyyəsinə nəzarət üsulları, təbii və süni radiasiya mənbələri şərh edilmişdir. Ayrıca fəsildə təbii radiasiya fonu, onun biosfer üçün əhəmiyyəti və orqanizmlərin normal böyümə və inkişafında roluna dair məlumatlar öz əksini tapmışdır. Vəsaitdə radiasiyanın bioloji təsirinə, kiçik dozalı radiasiya probleminə, kiçik dozalı radiasiyanın stimullaşdırıcı təsirinə, radiohəssaslıq və radiorezistentlik problemlərinə xüsusi diqqət verilmişdir. Başqa bir fəsildə isə radionuklidlərin torpaqda və “torpaq ‐ bitki” zəncirində miqrasiya xüsusiyyətlərinə dair məlumatlar toplanmışdır. Təqdim olunan material həm də müəllifin özünün apardığı tədqiqatların nəticələri ilə zənginləşdirilmişdir.