Mühasibat uçotu nәzәriyyәsi. Mühazirәlәr toplusu
Müəllif | Rәhimova Tubu |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | |
Nəşr yeri |
Rәhimova Tubu . Mühasibat uçotu nәzәriyyәsi. Mühazirәlәr toplusu . , , 2020.
Mühasibat uçotunun әsasını ikitәrәfli yazılış üsulu tәşkil edir. Bu üsul ilk dәfә Roma universitetinin professoru, İtaliyan riyaziyyatçı alimi Luka Paçoli tәrәfindәn tәtbiq edilmişdir. Belә ki, O 1494-cü ildә özünün böyük әsәri olan “Hesablar vә yazılışlar haqda traktak”-ını yazaraq uçotun ilk sistemlәşdirilmәsinin hәyata keçirmişdir. İkili sistem üzrә uçot yazılışlarının aparılması qaydası vә mahiyyәti şәrh edilmiş bu әsәr müasir dövürdә dә aktuallığını saxlayaraq uçot tәcrübәsindә istifadә olunur. Bu әsәr böyük riyaziyyata açılış olmasına baxmayara, o, mühasibat üzrә ilk әsәrin müәllifi kimi tanınmışdır. Hәmin әsәrdәn bir neçә әsr dövründә İtaliyada, Fransada, Almanyada, İngiltәrәdә mühasibat uçotu üzrә dәrslik kimi istifadә edilmişdir. Luka Paçolinin 1494-cü ildә nәşr etdirdiyi “Mәblәğ” (“Summa”) adlandırılan kitabının bir nüsxәsi XVI әsrdә Kiyevә gәtrilmiş vә Kiyev Kollecindә dinlәyicilәrә hәmin kitabdan dәrs keçirilmişdir. Bununla yanaşı mühasibat uçotunun bir iqtisadi elm kimi nәzәri vә metodiki әsasları daha sonra dünya ölkәlәrinin alimlәri vә mütәxәssislәri tәrәfindәn inkişaf etdirilmişdir.