E-KİTABLAR


Əməlin cinayət olmasını istisna edən halların cinayət-hüquqi xarakteristikası

Müəllif Qurbanov Habil Surxay oğlu
Nəşr olunduğu il 2014
Elm sahəsi 8
Nəşriyyat Təhsil
Nəşr yeri Bakı

Qurbanov Habil Surxay oğlu. Əməlin cinayət olmasını istisna edən halların cinayət-hüquqi xarakteristikası. Bakı, Təhsil, 2014.

Monoqrafiya cinayət hüququ elminin mərkəzi mövzularından biri olan əməlin cinayət olmasını istisna edən halların cinayət-hüquqi tədqiqi və təhlilinə həsr edilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin əsaslı şəkildə təzələnməsindən sonra adı çəkilən problemin tədqiqi və həlli ilə bağlı son dərəcə az təhlillər aparılmışdır və müasir tələbatlar baxımından onları kifayətedici hesab etmək olmaz. Odur ki, müəllif kitabda mövzunun tarixi aspektlərinə, qeyd edilən halların anlayışına, onların sosial-hüquqi təbiətinə və əhəmiyyəti məsələlərinə xüsusi diqqət yetirmişdir.