E-KİTABLAR


İfrat yüksək tezlikli elektron və kvant cihazları. Ali məktəblər üçün dərslik

Müəllif E.Q.İsmibəyli, İ.C.İslamov, Y.Q.Qaziyev, S.R.Əhmədova, E.Z.Hünbətəliyev
Nəşr olunduğu il 2022
Elm sahəsi Fizika
Nəşriyyat Elm
Nəşr yeri Bakı

E.Q.İsmibəyli, İ.C.İslamov, Y.Q.Qaziyev, S.R.Əhmədova, E.Z.Hünbətəliyev. İfrat yüksək tezlikli elektron və kvant cihazları. Ali məktəblər üçün dərslik. Bakı, Elm, 2022.

Dərslikdə “İfrat yüksək tezlikli elektron və kvant cihazları” fənninin nəzəri əsasları verilmişdir. Elektron selinin dinamik idarə edilməsi ilə ifrat yüksək tezlikli (İYT) cihazların ümumi iş prinsipi, uçuş klistronları, əksetdirici klistronlar, İYT cihazların ləngidici sistemləri, “O” tip qaçan və əks dalğa lampaları, çarpazlaşdırılmış sahəli cihazlarda elektronların yüksək tezlikli sahə ilə qarşılıqlı təsirinin ümumi prinsipləri, çoxrezonatorlu maqnetronlar, “M” tipli qaçan və əks dalğa lampaları, platinotronlar, İYT yarımkeçirici cihazlar, kvant cihazları və digər sistemlər ətraflı təsvir olunmuşdur. Göstərilən sistemlərin iş prinsiplərinə, xüsusiyyətlərinə aid çoxlu miqdarda praktiki məsələlər göstərilmişdir. Dərslikdə riyazi nəticələr ətraflı izahatlarla müşaiyət olunur. Göstərilən qurğu və cihazlara aid müxtəlif cədvəllərdə verilmiş məlumatlar dərsliyin oxucular tərəfindən daha dolğun mənimsənilməsinə xidmət edəcəkdir.