E-KİTABLAR


Dilçilik problemləri

Müəllif Adilov Musa İsrafil oğlu, Verdiyeva Zemfira Nadir qızı, Ağayeva Firəngiz Məmmədəli qızı
Nəşr olunduğu il 2019
Elm sahəsi 9
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Adilov Musa İsrafil oğlu, Verdiyeva Zemfira Nadir qızı, Ağayeva Firəngiz Məmmədəli qızı. Dilçilik problemləri. Bakı, Elm, 2019.

Müasir dilçilik elmi sürətlə inkişaf etməkdədir. Hazırda bu elmin bir çox yeni sahələri yaranmış, müxtəlif elmlərlə (fəlsəfə, sosiologiya, psixologiya, riyaziyyat və s.) əlaqəsi qüvvətlənmişdir. Beləliklə, dilçiliyin çoxlu aktual problemləri meydana gəlmişdir ki, bu barədə Azərbaycan dilində heç bir material nəşr olunmamışdır. Bu vəziyyəti nəzərə alaraq müəllifər kollektivi həmin əsəri hazırlamışdır. Kitab ali məktəb tələbələri və ümumiyyətlə filologiya ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. “Dilçilik problemləri” dərs vəsaitində “Nəzəri dilçiliyin metodoloji əsasları”, “Müasir xarici dilçilik cərəyanları”, “Semiotika”, “Funksional dilçilik”, “Qlossematika nəzəriyyəsi”, “Dekriptivizm anlayışı”, “Dil və davranış”, “Törədici qrammatika”, “Ümumi məna”, “Semantik sahə” bölmələrini prof. M.İ.Adilov; “Dil işarəsi”, “Dil işarəsinin dəyərliliyi”, “Etnolinqvistika”, “Dillərin tipologiyası”, “Dillərin tipoloji təsnifatı haqqında”, “Dil universaliləri”, “Dil universalilərinin təsnifi”, “Dilin leksik-semantik sistemi haqqında”, “Məna və anlam” bölmələrini prof.Z.N.Verdiyeva; “Dil sistemi və strukturu”, “Dil vahidi və nitq vahidi”, “Dil və nitq”, “Sosioloji dilçilik”, “Psixolinqvistika”, “Paralinqvistika”, “Struktur və informativ mənalar” bölmələrini filologiya elmləri doktoru, prof. F.M.Ağayeva yazmışlar.