Ehtimal nəzəriyyəsi və riyazi statistika
Müəllif | Əliyev Rövşən |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Riyaziyyat və mexanika |
Nəşriyyat | BDU-nun nəşriyyatı |
Nəşr yeri | Bakı |
Əliyev Rövşən. Ehtimal nəzəriyyəsi və riyazi statistika. Bakı, BDU-nun nəşriyyatı, 2022.
Ehtimal nəzəriyyəsinin mühüm anlayışları olan hadisə və onun ehtimalı, şərti ehtimal, asılı olmazlıq, entropiya və informasiya miqdarı anlayışları, təsadüfi kəmiyyətin paylanma qanunları və ədədi xarakteristikaları, həmçinin doğuran və xarakteristik funksiyalar şərh olunmuşdur. Vəsaitdə ehtimal nəzəriyyəsi üçün xarakterik olan müxtəlif yığılma növləri, böyük ədədlər qanunu və mərkəzi limit teoremləri də verilmişdir. Dərs vəsaitində ehtimal nəzəriyyəsinin aktuar və maliyyə riyaziyyatında bəzi
tətbiqləri də verilmişdir. Bundan başqa vəsaitdə riyazi statistikanın əsas anlayış və metodları da öz əksini tapmışdır. Dərs vəsaitindən ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələr, magistrantlar və doktorantlar istifadə edə bilər.