E-KİTABLAR


Azərbaycanın tarixi coğrafiyası

Müəllif Əhməd Zəki Vəlidi
Nəşr olunduğu il 2009
Elm sahəsi Tarix
Nəşriyyat Təhsil
Nəşr yeri Bakı

Əhməd Zəki Vəlidi. Azərbaycanın tarixi coğrafiyası. Bakı, Təhsil, 2009.

Ə.Z.Vəlidinin “Azərbaycanın tarixi coğrafiyası”na həsr olunmuş əsəri (məruzələri) bu sahədə atılmış mühüm addım olması və elmi əhəmiyyətinə görə diqqəti cəlb edir. Əsərdəki 700-ə yaxın yer adları - toponimlər Azərbaycanın, xüsusilə Şirvan bölgəsinin zəngin tarixə malik olduğunu bir daha təsdiqləyir. Müəllifin orta əsrlərə dair əksər mənbələrdən bəhrələnməsi onun əsərinin yüksək elmi səviyyədə meydana gəlməsinə imkan vermişdir.