Tibbi biliklərin əsasları: mühazirələr
Müəllif | Mehdiyev Tofiq Vahid oğlu |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Tibb |
Nəşriyyat | Renessans-A |
Nəşr yeri | Bakı |
Mehdiyev Tofiq Vahid oğlu. Tibbi biliklərin əsasları: mühazirələr. Bakı , Renessans-A, 2021.
«Tibbi biliklərin əsasları» fənnindən dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin pedaqoji və humanitar ali məktəblərin tədris proqramına uyğun hazırlanmışdır. Dərs vəsaitində fövqəladə hallarda və müxtəlif şəraitlərdə ilk tibbi yardım göstərməyin qaydaları, yoluxucu xəstəliklərin epidemiologiyası və profilaktikası, mikrobiologiya və immunologiyanın əsasları, sağlamlığın möhkəmləndirilməsinin vacib şərtləri yığcam şəkildə şərh olunmuşdur. Dərs vəsaiti pedaqoji profilli institut və universitetlərdə bakalavr dərəcəsi alan tələbələr, eləcə də Tibb Kollecinin müəllimləri və tələbələri, sanitar-maarif işi aparan həkimlər üçün dəyərli elmi mənbə hesab edilir.