Göynük mahalı: siyasi, coğrafi, mədəni tarixi və folkloru: I kitab
Müəllif | Adışirinov Kamil |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Adışirinov Kamil. Göynük mahalı: siyasi, coğrafi, mədəni tarixi və folkloru: I kitab. Bakı, Elm və təhsil, 2019.
Monoqrafiyada müəllifin uzun illər ərzində AMEA – nın Şəki Regional Elmi Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin tədqiqat planına uyğun Şəkinin Göynük mahalının Baş Göynük və Baş Layısqı kəndlərindən toplamış olduğu tarixi və ədəbi-folklor materiallarının elmi şərhi verilmişdir. Adı çəkilən kəndlərin toponimik, məhəlli quruluşu, əhalisinin soy, dil, ad və ləqəb xüsusiyyətləri, etnoqrafiyası - adət-ənənələri, məşğuliyyəti, folklor deyim və düşüncə tərzi, mənəvi-psixoloji aləmi haqqında geniş məlumat verən bu əsər Azərbaycanşünaslığın daha da inkişaf etdirilməsinə, xüsusən diyarşünaslığın öyrənilməsinə mühüm töhfə olacaqdır.