Nizaminin "Yeddi gözəl" poemasında mif, folklor və təsəvvüf
Müəllif | Rzasoy Seyfəddin |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Rzasoy Seyfəddin. Nizaminin "Yeddi gözəl" poemasında mif, folklor və təsəvvüf. Bakı, Elm və təhsil, 2021.
Monoqrafiyada şüurun inkişaf mərhələləri (mifoloji və tarixi şüur modelləri), “Yeddi gözəl” poemasının əsas süjetinin folklor-mifoloji semantikası, makrokosmun (“böyük dünya”) mifopoetik strukturu və funksional semantikası, poemadakı haşiyə nağıl süjetlərində sufi dünya modellərinin təriqət praktikasının və mifoloji arxetiplərin təcəssümü, mikrokosmun (“kiçik dünya”//insan) mənəvi təkamül prosesinin semiotik strukturu, irfani-psixoloji və təsəvvüfi-poetik semantikası kimi məsələlər öyrənilmişdir