Azərbaycan Respublikasının ərazi vahidlərinin adları rus dilində.
Müəllif | Gülşən Axundova |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | 9 |
Nəşriyyat | “Zərdabi Nəşr” MMC, |
Nəşr yeri | Bakı |
Gülşən Axundova. Azərbaycan Respublikasının ərazi vahidlərinin adları rus dilində.. Bakı, “Zərdabi Nəşr” MMC,, 2022.
Azərbaycan Sovet İttifaqının tərkibində olan zaman Azərbaycan dilində olan şəxs, yer və başqa adlar digər dillərdə, o cümlədən rus dilində çox zaman təhrif olunmuş şəkildə yazılıb tələffuz olunurdu. Həmin təhriflətin aradan qaldırılmasından ötrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müvafiq “Qaydalar” işlənib təsdiq olunmuşdur. Bu “Qaydalar”da Azərbaycan ərasisində mövcud olan bütün ərazi vahidlərin – şəhər, qəsəbə və kənd adlarının rus və ingilis dillərində düzgün transliterasiyasını təmin etmək nəzərdə tutulmuşdur. Oxucuya təqdim olunan kitabda Azərbaycan Respublikası ərazisində mövcud olan
məntəqələrin bütün ərazi vahidlərinin adlarının rus dilində düzgün, müvafiq “Qaydalara” əsaslanan transliterasiyası verilmişdir. Hazırki kitab müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycan ərazi vahidlərinin rus dilinə transliterasiyasında dilimizin özünəməxsusluğunu mühafizə etmək şərtilə hazırlanmış bir işdir. Təbii ki, bu başlanğıcdır.Və bu işə aid qeydlərin və təkliflərin olması labüddür. Qeyd və təklifləri bizə çatdıran hər bir şəxsə minnətdarlığımızı bildiririk. Kitab dövlət qurumları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər, dilçilər, tərcüməçilər, tədqiqatçılar və ümumiyyətlə Azərbaycanla maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.