Azərbaycan dialektologiyası
Müəllif | Bayramov İbrahim Məhəmməd oğlu |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | 9 |
Nəşriyyat | İksad |
Nəşr yeri | Ankara |
Bayramov İbrahim Məhəmməd oğlu. Azərbaycan dialektologiyası. Ankara, İksad, 2022.
Kitabda Azərbaycan dili şivələrinin tədqiqi tarixindən, təsnifi prinsiplərindən, Azərbaycan dili şivələrinin fonetikası, morfologiyası, sintaksisi və leksikologiyasından bəhs
edilir. Dərbənd, Təbriz şivələri, Qərbi Azərbaycanın və Gürcüstanın Azərbaycan dili şivələrinə aid nümunələr kitabda əksini tapmışdır. İlk dəfə olaraq Zəngəzur şivələrindən ayrıca bəhs olunur. Kitabdan filologiya, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan bakalavrlar, eyni zamanda Azərbaycan dili ixtisası üzrə təhsil alan magistrantlar, dialektologiya ilə bağlı tədqiqat aparan doktorant, dissertantlar və gənc tədqiqatçılar istifadə edə bilər.