Hindistan etnoqrafiyası: mənəvi mədəniyyət: II cild
Müəllif | Əliyev-Ayvazalı Bəhmən |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | 7 |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Əliyev-Ayvazalı Bəhmən. Hindistan etnoqrafiyası: mənəvi mədəniyyət: II cild. Bakı, Elm və təhsil, 2017.
Dərs vəsaitində Hindistаn etnoqrafiyasının formalaşmasında dinlərin və dini inancların rolu, varna-cati sistemi, bayramlar, musiqi və rəqslər, ailə və ailə-nikah münasibətləri, irqi-etnik tərkib, etno-mədəni proseslərdə dil amili, etnolinqvistik ştatların yaranması və s. məsələlər ənənəvilik və müasirlik müstəvisində araşdırılır, şərh olunur, çoxsaylı nümunələr gətirilir. Etnoqrafik materiallara Hindistanın tarixi, maddi və mənəvi mədəniyyəti ilə vəhdət şəklində baxılır. Kitab Hindistanşünaslıq üzrə ixtisas təhsili alan ali məktəb tələbələri, magistrlər, Hindistan etnoqrafiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.