E-KİTABLAR


Aşıq şeirinin poetik biçimləri və çeşidləri

Müəllif Qasımlı Məhərrəm Paşa oğlu, Allahmanlı Mahmud Qara oğlu
Nəşr olunduğu il 2018
Elm sahəsi 9
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Qasımlı Məhərrəm Paşa oğlu, Allahmanlı Mahmud Qara oğlu. Aşıq şeirinin poetik biçimləri və çeşidləri. Bakı, Elm və təhsil, 2018.

Azərbaycan Aşıqlar Birliyinin hazırladığı kitabda aşıq şeirinin janr və poetik biçimləri, onların çoxsaylı çeşidləri həm ədəbi-nəzəri, həm də folklor poetikasının prinsipləri əsasında əlifba sırası ilə açıqlanır. Aşıq şeir sistemində rast gəlinən poetik biçimlərin (bayatı, gəraylı, qoşma, təcnis, müəxəmməs, divani və s.) ilkin qaynaqları, onların tarixi mənzərəsi, janr səciyyəsi, ifa tərzi, hansı hava üzərində oxunması məqamları və s. məsələlər konkret nümunələr əsasında öz əksini tapır. Milli-mənəvi, tarixi-mədəni düşüncənin möhtəşəm qaynağı olan ozan-aşıq mədəniyyətindən doğan şeir biçimləri və çeşidləri də yeni elmi müstəvidə araşdırılır. Bir çox poetik biçimlər və onlardan törəyən çeşidlər ilk dəfə bu kitabda diqqət önünə çəkilir və təhlil edilir. Aşıq şeir biçim və çeşidləri ilə musiqi-havacat bağlantıları arasındakı bağlılıq üzərində də ilk dəfə dayanılır.