E-KİTABLAR


XIX ƏSR AZƏRBAYCAN ŞERİ ANTOLOGİYASI

Müəllif
Nəşr olunduğu il 2005
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat ŞƏRQ-QƏRB
Nəşr yeri Bakı

. XIX ƏSR AZƏRBAYCAN ŞERİ ANTOLOGİYASI . Bakı, ŞƏRQ-QƏRB, 2005.

Qədim və spesifik mənəvi mədəniyyətlərin bir çoxunun öz saflığını və billurluğunu itirdiyi XIX əsr Azərbaycanın bədii mədəniyyəti tarixində ideya-estetik nailiyyətləri ilə seçilən bir mərhələdir. Klassik irsin yaşarı ənənələri zəminində inkişaf edən, eyni zamanda bədii keyfiyyətlərinə görə özünəməxsus bir hadisə olan, təzə, orijinal ədəbi forma və janrlarla zəngin XIX yüzil Azərbaycan ədəbiyyatında bununla yanaşı aparıcı yeri, qədim və orta əsrlərdə olduğu kimi, hələ ki yenə poeziya tutulur. Lakin onun yeni istiqamətdə inkişafı artıq əsrin əvvəllərində ictimai-siyasi və mədəni həyatda baş vermiş mühüm dəyişikliklər şərtləndirir.