XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi-etnorrafik tədqiqi.
Müəllif | Solmaz Məhərrəmova |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | Seçin |
Nəşriyyat | Apostrof-A |
Nəşr yeri | Bakı |
Solmaz Məhərrəmova. XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi-etnorrafik tədqiqi.. Bakı, Apostrof-A, 2020.
2010-cu ildə doktorluq dissertasiyası kimi müdafiə edilmiş bu monoqrafiya XIX əsr və XX əsrin əvvəllərində Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının tərkibində olmuş Kiçik Qafqazın cənub-şərq bölgəsinin indi Ermənistan Respublikası tərəfindən işğala məruz qalmış Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarının tarixi-etnoqra- fik tədqiqinə həsr olunmuşdur. Burada XIX əsr və XX əsrin əvvəllərində Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarına aid çoxsaylı arxiv materialları, tarixi mənbələr, işğal nəticəsində Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmış insanların məlumatları və müəllifin şəxsi müşahidələri əsasında Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayon- larının görkəmli şəxsiyyətləri, maddi və mənəvi mədəniyyəti, o cümlədən yaşayış məskən- ləri və evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, xalq nəqliyyat vasitələri, təsərrüfat məşğuliyyəti, sənətkarlığı, ailə və ailə məişəti, xalq bayramları, mərasim ayinləri, onların poetik mətnləri, aşıq sənəti, qonaqpərvərlik adətləri, dini inanclar və onların qalıqları, xalq təhsili, xalq təbabəti, oyun və əyləncələri hərtərəfli araşdırılmışdır. Dissertasiyanın yalnız giriş hissəsinə bəzi əlavələr edilməklə, 2007-ci ildə necə yazılmışsa, o şəkildə mo- noqrafik nəşrini lazım bildik və müdafiəsinə opponentlik etmiş dəyərli alimləri ehtiram olaraq rəyçi saxladıq.
Monoqrafiya tarix, etnoqrafiya, sənətşünaslıq, folklorşünaslıq, şifahi xalq yaradıcılı- ğı, xalq ayin və mərasimləri, xalq təbabəti, ənənəvi oyun və əyləncələr və s. ilə maraqla- nanlar, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.