E-KİTABLAR


Mətn dilçiliyi problemləri

Müəllif N.Məmmədli, Q.Kazımov, İ.Kazımov, N.Hacıyeva, T.İsmayılova, A.Ələkbərova, E.Əhmədova
Nəşr olunduğu il 2023
Elm sahəsi 9
Nəşriyyat Zərdabi Nəşr MMC
Nəşr yeri Bakı

N.Məmmədli, Q.Kazımov, İ.Kazımov, N.Hacıyeva, T.İsmayılova, A.Ələkbərova, E.Əhmədova. Mətn dilçiliyi problemləri. Bakı, Zərdabi Nəşr MMC, 2023.

Monoqrafiyada mətnin sintaktik quruluşu, onun komponentləri və sərhədləri müəyyənləşdirilir, sintaktik bütövlərin qrammatik semantikası, komponentlər arasında məntiqi-semantik əlaqə üsulları, onları bağlayan vasitələr, mətnin linqvokulturoloji təhlili aparılır. Sosial şəbəkə mətnləri ilk dəfə olaraq təhlilə cəlb olunmuş, bundan əlavə mətndə intonasiyanın rolu, mətnin praqmatik və kommunikativ aspektləri, publisistik mətnlərin struktur-semantik və funksional xarakteri, mətn kateqoriyaları, abzas və periodun forma, məzmun və mahiyyəti, eləcə də cümlənin determinat üzvləri tədqiq olunur.