Türk dilləri dialektlərində inteqrasiya və diferensiasiya məsələləri
Müəllif | Mirvari İsmayılova |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | İksad |
Nəşr yeri | Ankara |
Mirvari İsmayılova. Türk dilləri dialektlərində inteqrasiya və diferensiasiya məsələləri. Ankara, İksad, 2022.
Monoqrafiyada türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası məsələləri həm ümumən dilin mənsub olduğu dil qrupları arasında, həm də konkret olaraq oğuz və qıpçaq dil ailələrinin qarşılıqlı inteqrasiyası istiqamətində aparılmışdır. Lakin məlumdur ki, dillərin tarixi təşəkkülü prosesində iki müxtəlif istiqamətli prosesin (diferensiasiya və inteqrasiya) baş verməsi müşahidə olunur. İnteqrasiya və diferensiasiya dillərin tarixi inkiĢafının əsas prosesi, eyni zamanda bir-birinə qarşılıqlı təsir edən iki əsas
formasıdır. Ona görə inteqrasiya və diferensiasiya proseslərinin dünya dilləri, o cümlədən türk dillərinin tarixi və müasir mərhələləri kontekstində araŞdıraraq
türk dillərinin (eləcə də bütün dillərin) gələcək perspektivlərində bu proseslərdən hansının daha əhəmiyyətli rol oynayacağını müəyyən etmək maraqlıdır.