E-KİTABLAR


Azərbaycan qorqudşünaslığı

Müəllif
Nəşr olunduğu il 2020
Elm sahəsi Hüquq elmləri
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

. Azərbaycan qorqudşünaslığı. Bakı, Elm və təhsil, 2020.

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2015-ci il tarixli sərəncamı və Azərbaycan Nazirlər Kabinetinin həmin sərəncama uyğun olaraq hazırladığı fəaliyyət proqramı əsasında çap olunur. Qorqudşünaslıq elminin əsas qaynaqlarını özündə əks etdirən elmi əsərlər toplusunda XX əsrin birinci yarısında yaşayıb-yaratmış Əmin Abid, Həmid Araslı, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Əzəl Dəmirçizadə kimi klassik Azərbaycan tədqiqatçılarının əsərləri ilə bir sırada ötən yüzilliyin ikinci yarısında elmi fəaliyyətə başlayıb eposun alt qatdakı məziyyətlərini üzə çıxaran Fərhad Zeynalov, Samət Əlizadə, Tofiq Hacıyev, Xalıq Koroğlu, Bəkir Nəbiyev, Kamal Abdulla, İsa Həbibbəyli, Nizami Cəfərov, Şamil Cəmşidov, Bəhlul Abdulla və b. araşdırıcıların da elmi əsərlərinə yer ayrılmışdır.