Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyevanın yaradıcılıq axtarışlarının izi ilə
Müəllif | Səlahəddin XƏLİLOV |
---|---|
Nəşr olunduğu il | 2009 |
Elm sahəsi | Sosial elmlər |
Nəşriyyat | “Şərq-Qərb” |
Nəşr yeri | Bakı |
Səlahəddin XƏLİLOV. Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyevanın yaradıcılıq axtarışlarının izi ilə. Bakı, “Şərq-Qərb”, 2009.
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın yaradıcılığına həsr olunmuşdur. Burada həmçinin Aida xanım tərəfindən Azərbaycan oxucularına təqdim olun-
muş məşhur romantik şairlər: Şərqdə – C.X.Cübran, Ə.ər-Reyhani və M.Nüaymənin, Qərbdə – U.Bleyk, C.Bayron, R.Emerson və U.Uitmenin ideya dünyası işıqlandırılır,
onların poetik yaradıcılığında tərənnüm olunan Şərq ilə Qərb arasında vəhdət ideyası hərtərəfli şəkildə şərh olunur. Kitab Şərq-Qərb düşüncə tərzləri, sivilizasiyaların dialoqu, ədəbi əlaqələr və romantik poeziya problemləri ilə maraqlanan tədqiqatçılar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.