E-KİTABLAR


Azərbaycan dilində psixologiya terminlərinin linqvistik təhlili

Müəllif Bayramov Ramil Əkbər oğlu
Nəşr olunduğu il 2024
Elm sahəsi Hüquq elmləri
Nəşriyyat Füyuzat
Nəşr yeri Bakı

Bayramov Ramil Əkbər oğlu. Azərbaycan dilində psixologiya terminlərinin linqvistik təhlili. Bakı, Füyuzat, 2024.

Monoqrafiyada Azərbaycan dilində mövcud olan psixologiya terminləri ilk dəfə sinxron və diaxron planda, nəzəri və praktik aspektdə araşdırılmışdır. Psixologiya terminlərinin Azərbaycan dilinin terminoloji sistemində yeri müəyyənləşdirilmiş, onların dildə işlənmə tarixi, semantik özəllikləri, yaranma üsulları konkret nümunələrlə əsaslandırılmış, əcnəbi psixologiya terminlərinin mənşəyi, dilə daxilolma səbəbləri, mənimsənilmə prosesi və unifikasiya məsələsi tədqiq olunmuşdur. Monoqrafiyanın elmi-nəzəri müddəalarından terminologiya ilə bağlı aparılacaq elmi tədqiqat işlərində, terminologiyaya və psixologiyaya aid dərslik, dərs vəsaiti və monoqrafiyaların yazılmasında, terminoloji lüğətlərin hazırlanmasında istifadə oluna bilər. Həmçinin bu tədqiqat işindən ali və orta ixtisas məktəblərinin müvafiq ixtisaslarında leksikologiya, leksikoqrafiya, terminologiya və psixologiyaya dair fənlərin tədrisi zamanı tələbə, magistrant və doktorantlar yararlana bilərlər.