E-KİTABLAR


Geniş yayılmış sinir xəstəlikləri

Müəllif Fərhad Əhmədov
Nəşr olunduğu il 2022
Elm sahəsi Tibb
Nəşriyyat “Kitabcapi.az”
Nəşr yeri Bakı

Fərhad Əhmədov. Geniş yayılmış sinir xəstəlikləri. Bakı, “Kitabcapi.az”, 2022.

Kitab, müəllifin 2019-cu ildə nəşr etdirdidiyi “Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” əsərinin yenidən redaktə edilmiş və bir sıra yeni, maraqlı mövzularla zənginləşdirilmiş variantı olub, dünyada, o cümlədən Azərbaycan ərazisində daha çox yayılmış sinir xəstəliklərinin təsvir və təhlilinə həsr olunmuşdur. Burada sinir sisteminin damar, iltihabi, irsi və onkoloji xəstəlikləri, epilepsiya, parkinsonizm, periferik sinir sisteminin xəstəlikləri, nevroz və digər patologiyalar geniş şəkildə araşdırılmışdır. Kitabda təsvir olunan xəstəliklərin təsnifatı, kliniki gedişi, diaqnostika və diferensial diaqnostikası, müalicəsi, proqnozu və profilaktikası barəsində ətraflı söhbət açılmışdır.