Kommunikasiya prosesində qeyri-verbal ünsiyyət vasitələrinin rolu
Müəllif | Bayramova Pərvin Şurəddin qızı |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | 9 |
Nəşriyyat | Füyuzat |
Nəşr yeri | Bakı |
Bayramova Pərvin Şurəddin qızı. Kommunikasiya prosesində qeyri-verbal ünsiyyət vasitələrinin rolu. Bakı, Füyuzat, 2024.
Monoqrafiyada ünsiyyət prosesində mühüm rol oynayan qeyri-verbal vasitələrindən bəhs olunur. Qeyri-verbal ünsiyyət vasitələri nitqin dərk edilməsi və informasiyanın tam şəkildə ötürülməsini təmin edir. Verbal ünsiyyət vasitələri məlumatların sözlərlə göndərilməsini təmin edirsə, qeyriverbal ünsiyyət vasitələri sözlərdən başqa digər vasitələrlə informasiya mübadiləsinə xidmət edir. Qeyri-verbal ünsiyyətin mühüm cəhətlərindən biri də onun anlatma və anlaşılma prosesinə bütün vasitələrin köməyi ilə qoşulmasıdır, çünki insan ünsiyyət qurmağa başladığı andan bitirənə kimi sözsüz vasitələrin köməyi ilə qarşı tərəfə öz fikirlərini çatdırır və adresatın fikirlərini dekodlaşdırmağa cəhd göstərir. Monoqrafiya dil nəzəriyyəsi mütəxəssisləri, ali məktəblərin filologiya, psixologiya, hüquq fakültəsinin müəllimləri, tələbələri, magistrantları üçün faydalıdır.