1985-1997-ci İllər Azərbaycan Publisistikasının İnkişaf Meyilləri
Müəllif | Sevda Mirzə |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Ankara |
Nəşr yeri |
Sevda Mirzə. 1985-1997-ci İllər Azərbaycan Publisistikasının İnkişaf Meyilləri. , Ankara, 2021.
1985-1997-ci illər Azərbaycan publisistikası zamanın reallığını olduğu kimi, səmimi və salnamələr şəklində əks etdirərək dövrün mənzərəsini yaradıb. Bu dövrün publisistikasında, Birinci Qarabağ müharibəsi (1988-1994) də daxil olmaqla, vəziyyətdən doğan güclü vətəndaş mövqeyi və mövzu zənginliyi var.
Müəllif kitabla bağlı fikirlərini belə bölüşür: “XX əsrin 90-cı illərində, demək olar ki, Azərbaycanın bütün yazıçı, şair, jurnalist və politoloqları hadisələri təhlil edən yazılarla çıxış edirdilər. Heç kim baş verənlərə laqeyd qala bilmirdi. 1985-1997-ci illər arasında fəal olan jurnalistlərin bir qismi sonralar mətbuatdan uzaqlaşdı, bir qismi siyasi baxışını dəyişdi, ayrı-ayrı vəzifələrdə çalışdılar...