Azərbaycan xanlıqları: dövlətçilik rəmzləri, hüquqi sistemi, pul dövriyyəsi və sikkə zərbi
Müəllif | Rəşid Rzayev, Camal Mustafayev, Abbas Seyidovun |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Xəzər unv. |
Nəşr yeri | Bakı |
Rəşid Rzayev, Camal Mustafayev, Abbas Seyidovun. Azərbaycan xanlıqları: dövlətçilik rəmzləri, hüquqi sistemi, pul dövriyyəsi və sikkə zərbi. Bakı, Xəzər unv., 2021.
Yaxın və Orta Şərqin Atabəylər (Eldənizlər), Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Əfşar dövləti kimi nəhəng imperiyalarını qurmuş Azərbaycan xalqının XVIII əsrin ortalarında milli dövlətçiliyin yaradılması istiqamətində atdığı addımları xatırladırlar. Qeyd olunur ki, 1747-ci ildə Nadir şah Əfşarın imperiyasının süqutundan sonra Azərbaycanın tarixi torpaqları hüdudlarında iyirmidən artıq müstəqil və yarımasılı xanlıq meydana gəldi, ölkənin şimalında və mərkəzi hissələrində Şəki, Qarabağ, Quba, Şamaxı, Bakı, Gəncə, İrəvan, Naxçıvan, Lənkəran, Dərbənd, Salyan və Cavad xanlıqları, cənubunda isə Təbriz, Urmiya, Xoy, Maku, Qaradağ, Marağa, Ərdəbil, Sərab, Zəncan xanlıqları yarandı. Tarixən qısa bir dövrdə - XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəllərində mövcud olduqlarına baxmayaraq, xanlıqlar müstəqil dövlətlərə xas bütün xüsusiyyətlərə malik idi. Özünə məxsus dövlət aparatı, sərhədləri, ordusu, xəzinəsi, gerbi, bayrağı, pulu, şeşpəri, buncuqu, vergi sistemi, ölçü və çəki vahidləri olan xanlıqların hər biri haqqında kitabda ayrıca məqalə verilib. Zəngin tarixi məlumatlar əsasında yazılmış məqalələr hər bir xanlığın inzibati ərazisinin xəritəsi ilə müşayiət olunur.