Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası.
Müəllif | Elnurə Hüseynova |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | 9 |
Nəşriyyat | “Elm və təhsil |
Nəşr yeri | Bakı |
Elnurə Hüseynova. Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası. . Bakı, “Elm və təhsil, 2024.
Monoqrafiyalar Oğuz qrupu türk dillərində təbiət leksikasını əhatə etməklə üç kitabdan ibarətdir. Bu kitablardan ilki “Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası”, ikinci kitab: “Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” və üçüncüsü lüğət olmaqla “Təbiət leksikası lüğəti: Oğuz qrupu türk dilləri üzrə” adlanır. Monoqrafiyada oğuz qrupu türk dillərinə daxil olan Azərbaycan, türk, türkmən və qaqauz dillərində relyef və iqlim leksikası müxtəlif yönlərdən: istər müasir ədəbi dillərdə, istərsə də bu dillərin dialekt və şivələrində, həmçinin mövcud xalqların ədəbiyyatlarında yer alan sözlərin yazılı və şifahi xalq ədəbiyyatlarında işlənən frazeologizmlər şəklində təhlil edilir. Bundan başqa, mövcud relyef və iqlim leksika vahidlərinin etimologiyası və onların digər türk dillərində müqayisəsi yer alır. Bu kitabda əlavə olaraq oğuz qrupu türk dillərinin dialektləri və araşdırmaçıları, ikinci kitabda isə oğuz türklərinin təşəkkül tarixi, buraya daxil olan dillər və tədqiqatçıları haqqında məlumat yer alır. Kitabın sonunda həm Azərbaycan dilinin dialektlərində, eyni zamanda oğuz qrupu türk dillərində relyef və iqlim leksikasını əhatə edən lüğət də oxucuların, tədqiqatçıların nəzərinə çatdırılır.